Niyə seçməliyik?
Paket yay və ya digər adıyla torba yay sistemində yaylar bir-birinə bağlanmır. Yay sarımları (spiral) parça torbalara yerləşdirilir və çevik ola bilməsi üçün müstəqildir. Bu sayədə, yay sıçraması və ya deformasiyası baş vermir. Bu tip matraslar insan bədəninə uyğunlaşır və vücud ağırlığını yatağa bərabər paylayır. Yuxu zamanı komfort artır, qan dövranı rahatlaşır, onurğa sütunu daha sağlam forma alır.